Qadın və Kişi romanından mənalı sözlər | Kitab sözləri

Fransız yazar Mark Levi sayca on altıncı romanı olan və özündə bir qədər avtobioqrafik nüansları birləşdirən «Qadın və kişi» romanında macəradolu romantika ilə komediyanı bir araya gətirir.
Əsərdən seçdiyimiz mənalı cümlələri və maraqlı dialoqları bəyənəcəyinizə ümid edirik.

Bəlkə də əsl sevgi budur. Qarşılıq gözləmədən ,əsas da peşmançılıq çəkmədən bağışlamağı öyrənmək.Boz səhifələri silib təzə al-əlvan səhifələr yazmaq .Sevgi hər şeyin yaxşı nəticələnməsi üçün mübarizə aparmaqır.

Qadın və Kişi, Marc Levi

Çox qeyri-adi yanaşmadır. Adətən, insanlar «dost qalaq» sözünü bir-birilərindən ayrılanda deyirlər...

 Ürəkdolusu ağla. Yüngülləşəcəksənsə, ağla. Sevgi ağrısı adama it əzabı çəkdirir, amma tənha həyat daha böyük bədbəxtlikdir.

İstəyərdim ki, qəlbimə toxunan, məni güldürən sözlər eşidim...

Axı nə üçün qızlar həmişə onlara əzab verən kişilərə dəlicəsinə aşiq olurlar, amma onlar üçün göydən ulduz qoparmağa hazır olanlara laqeyd yanaşırlar?

Romanlar həqiqət üzərində qurulmasa, çox sadəlövh görünər..

– Məncə, sən çox tənhasan.
– Sən özün mənə deməmişdin ki, tənhalıq da yoldaşlığın bir növüdür?!

– Əas məsələ qərara gəlməkdir, arxayıncasına dedi.
– Hansı qərara?
– Gələcəyin necə olacağı barədə özünüzə sual verməkdənsə, sizi indiki zamana qaytaracaq bir qərar...

– Uşaq istəyirsinizmi?
– Mən təkcə uşaq istəmirəm, məndən uşaq istəyən bir insana rast gəlmək istəyirəm.

–Doğrudan da, siz həmişə çox diqqətcilsiniz.
– Sadəcə, vacib şeylərə qarşı.

Bəlkə də səni orada xoşbəxtlik gözləyir, aramıza girən əlavə on minlərlə kilometr səni bizdən uzaqlaşdırmır.

Mia nə istədiyini bilmirdi, amma nə istəmədiyini çox yaxşı bilirdi.

Qadağalar arzuları şiddətləndirir.

— Sevinirəm ki, buradasınız.
— Doğrudan?
— Yox, nəzakət xatirinə belə dedim.

Mənə belə istehzayla baxmayın. İnanıram ki, əşyaların da yaddaşı olur. Onlar müsbət va ya mənfi dalğalar ötürür.

Ümidsizlik ən böyük bədbəxtlikdir.

Elələri var ki, özü haqqında danışır, amma təsəvvür edə bilməzsən ki, onların orfoqrafiya səhvlərinin arasından nələri oxumaq olar.

Xoşbəxtlik bəzən bizə düşündüyümüzdən də yaxın olur.

Qadın və Kişi, Marc Levi

– Siz sevəndə bunu həmin adama demirsiniz?
– Mütləq yox.
– Sizə nə mane olur?
– Qorxu, — Mia dedi.
– Nədən qorxursunuz?
– Onu qorxutmaqdan.
– Bu işlər necə də qəlizdir! Bəs necə edək,kimisə sevəndə bunu onun özünə söyləyək, ya söyləməyək?
– Bir az gözləmək lazımdır.
– Nəyi gözləmək? Gec olmağını gözləyək?
– Tez olmamağını gözləyək.
– Bəs haradan bilək ki, bax budur, hisslərini etiraf etməyin vaxtı yetişib?
– Yəqin, özünü arxayın hiss edəndə...

...yumoru, həyatı va təsadüfü sevirəm ...

–Bilirsən nə üçün sənə belə tez vuruldum?
–Yox, bilmirəm.
–Çünki sən saxtakarlığı bacarmırsan.
–Məgər bu, yaxşı cəhətdir?
–Həm də necə!

Əgər könül ağrıları yoluxucu olsaydı, sən də məni səni sevdiyim qədər sevərdin.

Məgər gerçək həyatda faciələr azlıq edir, insanlar müsibətlərdən, yalanlardan, alçaq və cılız hərəkətlərdən kifayət qədər əzab çəkmirlər, ona görə də yaralarına duz səpirsiniz? Kədərli sonluqla bitən əhvalatları insanlara oxutdurub, nəyə görə vaxtlarını alırsınız?

Öz intuisiyana etibar et, əgər onu səmimi-qəlbdən sevirsənsə, ürəyin sənə onun yerini deyəcək..

Qadın və Kişi, Marc Levi
 

0 şərh